Winteb VEB SAYTINA KEÇİN 1952-ci ildə qurulan Winteb dünyanın ən nəhəng dəniz suyuna dayanıqlı alümünium (DIN1725) Havalandırma Başlıqları istehsalçısına çevrilmişdir və bu Havalandırma Başlıqlarını WIKO5000 seriyası ilə başlayaraq 1985-ci ildən bəri istehsal edir. 2000-ci ildə Winteb WIN2000 havalandırma başlığını istehsal etdi və bu sahədə standartları bu seriya ilə birgə müəyyənləşdirdi. Bu seriya da dəniz suyuna dayanıqlı alüminiumdan istehsal edilir. Dəniz suyuna dayanıqlı alüminiumun, çuqun, isti tökmə dəmir/polad və paslanmaz poladdan istifadə edən digər firmalara nəzərən üstün cəhəti ondan ibarətdir ki, bu alüminium (DIN1725) çürümür/karroziyaya uğramır və əlavə qulluğa/təmirə ehtiyac qalmır. Bundan başqa, WIN2000 seriyasında, digər havalandırma başlıqları ilə müqayisədə, ağırlıq və yer qənaətinə imkan verən dizayn forması da mövcuddur.